Rusiya baletinin əfsanəsi Bakıda


Kriminal 18 Sen 2018 12:48:00 253 0

Rusiya baletinin əfsanəsi Bakıda

Rusiyanın tanınmış balet mütəxəssisi, Rusiyanın Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin Ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Vladimiroviç Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.

Son.az xəbər verir ki, Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində "Qu gölü", "Yatmış gözəl", "Jizel", "Raymonda", "Korsar", "Şopeniana", "Don Kixot", "İvan Qroznı", "Spartak", "Karmen-süita", "Qızıl əsr", "Romeo və Cülyetta",  "Anyuta",  "Parisdə sonuncu tango" və s. baletlərdə çıxış edib.

O karyerası boyu SSRİ Xalq artistləri Q.Ulanova, M.Plisetskaya, N.Fadeyev, M.Lavrovski, B.Akimov, A.Messerer və s. görkəmli pedaqoq və baletmeysterlərlə çalışmış və əldə etdiyi təcrübəni pedaqoji fəaliyyəti ərzində reallaşdırıb.