Fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkili imkanları araşdırılır


Digərləri 18 Sen 2018 12:43:00 268 0

Fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkili imkanları araşdırılır

Dövlət İmtahan Mərkəzi fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil edilməsi, tətbiq olunan xüsusi vasitələr və onların DİM-in keçirdiyi imtahanlarda istifadə olunma imkanlarını araşdırır.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil edilməsi, tətbiq olunan xüsusi vasitələr və onların DİM-in keçirdiyi imtahanlarda istifadə olunma imkanlarını araşdırır. Mərkəzdən Trend-ə verilən məlumata görə, DİM-in əməkdaşları bu məqsədlə Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təlim səfərində iştirak edirlər. Sentyabrın 21-dək davam edəcək təlimlər Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil edilib.