Azər Türk Bank "Neftçilərə 18%!" kampaniyasına start verdi


Digərləri 18 Sen 2018 12:35:00 260 0

Azər Türk Bank "Neftçilərə 18%!" kampaniyasına start verdi

Müştərilərinə həmişə ən əlverişli şərtlərlə kreditlər təklif edən dövlət bankı Azər Türk Bank, ölkəmizdə qeyd edilən "Neftçilər günü" münasibətilə 17 sentyabr tarixindən etibarən "Neftçilərə 18%" adlı yeni kampaniyaya başlayır.

Kampaniya çərçivəsində aylıq məvacibi minimum 500 AZN olan ölkə vətəndaşları Azər Türk Bankdan 300 manatdan 25 min manatadək "İstehlak" kreditiləri əldə edə bilərlər. 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə endirimlər tətbiq edilir. Kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.

Kampaniya müddətində 10 min manatadək olan kreditlər zaminsiz veriləcəkdir. Neft sektorunda çalışan şəxslərə 1 illik MC Gold kartı Bank tərəfindən hədiyyə edilir.