Qrizmanndan "Qarabağ"la oyunlar barədə etiraf


İdman 18 Sen 2018 12:15:00 241 0

Qrizmanndan "Qarabağ"la oyunlar barədə etiraf

Goal.az xəbər verir ki, “AS” qəzetində yayımlanan geniş müsahibəsində fransalı futbolçu Ağdam klubu ilə matçlarda xal itkisinə dair sualı da cavablandırıb.

Atletico-nun hücumçusu Antuan Qrizmann ötən mövsüm Çempionlar Liqasında Qarabağ-la keçirdikləri oyunlarla bağlı növbəti dəfə fikirlərini açıqlayıb.

O deyib: “Bu gün Avropa futbolunda istənilən komanda sizə çətinlik yarada bilər. Həmin oyunlar zamanı mən istənilən formada deyildim. Bu səbəbdən komandama kömək edə bilmədim”.

Xatırladaq ki, Atletico Qarabağ-la hər iki görüşdə xal itirib. Bakıdakı ilk oyun 0:0, Madriddəki cavab qarşılaşması isə 1:1 hesablı ilə yekunlaşmışdı.