Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq


Digərləri 18 Sen 2018 11:53:37 208 0

Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

Bakı. “Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış müşavirə şurasının ekspertləri ölkədə şəkərli diabetlə mübarizə sahəsində fəaliyyət göstərən, bu istiqamətdə müxtəlif təşəbbüslərin müəllifi olan, şəkərli diabetlə mübarizədə innovativ yanaşmaların tətbiqi ilə fərqlənən, eləcə də maarifləndirmə işləri aparan insanların mükafatlandırılmasına qərar verib. Trend-in məlumatına görə, müşavirə şurasının ekspertlərinin qərarı ilə “Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatların təqdim olunacaq. Hər nominasiyanın qalibi aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək: 1. İlin Ən Yaxşı Həkimi Bu nominasiyada şəkərli diabetlə bağlı elmi toplantılarda aktiv iştirak edən, pasiyentlərinin HbA1c (qlükozlaşdırılmış hemoqlobin) göstəricisini ciddi nəzarət altında saxlayan, milli və beynəlxalq protokallara riayət edən həkimlərə üstünlük veriləcək. 2. İlin Ən Yaxşı Təlimçisi Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə keçdiyi diabet təlimlərə, keyfiyyətli tədris apardığına görə seçilən şəxslər mükafatlandırılacaq. 3. İlin İnnovatoru