Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb" FOTO


Digərləri 18 Sen 2018 11:45:00 313 0

Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"  FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Son.az xəbər verir ki, Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, toplantıda qonaq qismində Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylı iştirak edib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, İlber Ortaylı türk dünyasının böyük tarixçilərindən biridir: "İlber Ortaylı televiziyada çıxış edən zaman onu saatlarla dinləyirəm".

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, İ.Ortaylı 2012-ci ildən institutun fəxri doktorudur. İclasda bildirilib ki, o, bu fəxri ada türk dünyası tarixinin araşdırılması və təbliğ olunmasında göstərdiyi böyük xidmətlərinə görə layiq görülüb.

İnstitut direktoru Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: "Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, o cümlədən könüllü xalq dəstələri, görkəmli hərbi xadimlərimiz Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak edib".

Akademik deyib: "Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb".


Xəbərə aid fotolar