Sumqayıtda 66 yaşlı qadını öldürən şəxs tutulub


Digərləri 18 Sen 2018 11:44:00 212 0

Sumqayıtda 66 yaşlı qadını öldürən şəxs tutulub

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.