Azərbaycanda minik avtomobillərinin istehsalı artıb


Digərləri 18 Sen 2018 11:31:00 253 0

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 209,6 milyon manatlıq məhsul istehsal edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 32,0 dəfə artıb, maşın və avadanlıqların istehsalı 16,0 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalıb.