Azərbaycan Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistana münasibətdə tətbiq etməyəcək


Digərləri 18 Sen 2018 11:35:00 267 0

Azərbaycan Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistana münasibətdə tətbiq etməyəcək

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb.

Son.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

Konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və sair məsələlər müzakirə olunub.

Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub.

Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20%-nin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistana münasibətdə tətbiq etməyəcək.