DÜNYA ŞOKDA 72 il əvvəl


Dünya 18 Sen 2018 11:16:49 249 0

DÜNYA ŞOKDA  72 il əvvəl

II Dünya Müharibəsindən sonra İsveçrə ərazisində, Alp dağlarında qəzaya uğrayan Amerika döyüş təyyarəsi 72 il sonra Qauli buzlağında tapılıb.

İlk dəfə avqust ayının ortasında ilk qalıqları tapılan təyyarənin əsas gövdəsi və motoruna aid fotolar dünya KİV-lərində yayılıb.

Buzlaqların əriməsi ilə gün ışığına çıxan hissələri İsveçrə ordusu xüsusi təyinatlıları araşdırır.

Hərbçilər buz altından çıxan gövdəyə aid hissəni parçalara ayırıblar.