Sabirabadda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar


Digərləri 18 Sen 2018 11:13:00 253 0

Sabirabadda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Bakı. Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.