Aya uçacaq ilk turist o oldu


Dünya 18 Sen 2018 10:44:00 308 0

Aya uçacaq ilk turist o oldu

"SpaceX" şirkəti istehsalı olan kosmik gəmidə Aya ilk səfər edəcək turistin adı açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, şirkətin düzənlədiyi mətbuat konfransında həmin şəxsin 42 yaşlı yaponiyalı milyarder Qusaku Maedzava olduğu bildirilib.

Q.Maedzava "Zozo" internet saytın əsasını qoyan və rəhbəridir. Saytın vasitəsilə fərdi ölçülər əsasında paltarlar sifariş etmək olur.