Azərbaycanlı qadının bu sözləri Türkiyədə MANŞET OLDU


Siyasət 18 Sen 2018 10:45:07 212 0

Azərbaycanlı qadının bu sözləri Türkiyədə MANŞET OLDU

Türkiyənin Hatay vilayətinin Belen qəsəbəsində Azərbaycan küçəsi və Dağlıq Qarabağ Parkında təşkil edilən mərasimdə danışan millət vəkili Qənirə Paşayevanın çıxışı qardaş ölkə KİV-lərində manşet olub.

Son.az xəbər verir ki, Haberler.com millət vəkilinin "Türkiyənin düşməni bizim düşmənimiz, Azərbaycanın düşməni də Türkiyənin düşmənidir. Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz də Türkiyənin gücüdür. Ona görə də birliyimizi daha da artıracağıq ki, bu bölgədə daha da dinc yaşayaq'' sözlərinə xüsusi yer ayırıb.

Türkiyənin ən çox oxunan xəbər portalı Q. Paşayevanın "Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycan Cümhuriyyəti təşkilatının dəvəti ilə gəldilər. Birlik və bərabərlik nəticəsində o soyqırımların qarşısı alındı. Bakı işgaldan azad olundu və Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı oldu. Bu yolda çox şəhid verdik" fikirlərini səsləndirib.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan verdiyi mesajların çox önəmli olduğunu vurğulayan Qənirə Paşayeva "Haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü addımlar ataraq üzərimizdə oynanan böyük oyunları dayandıracağıq" ifadələrini işlədib.

Təhməz Təkin Son.az