Rusiyanın İl20 təyyarəsini kim vurdu?


Dünya 18 Sen 2018 09:39:01 314 0

Rusiyanın İl20 təyyarəsini kim vurdu?

Rusiyanın radioelektron kəşfiyyat təyyarəsi olan İl-20 təyyarəsi Aralıq dənizi üzərində yoxa çıxıb.

Son.az Reuters-ə istinadən bildirir ki, 14 hərbçinin olduğu İl-20 Rusiyanın Suriyadakı "Hmeymim" aviabazasına qayıdarkən radarlardan itib.

Olay Aralıq dənizi səmasında, Suriya sahillərindən 35 km aralıda baş verib.

İl-20 yoxa çıxan vaxtda İsrailin Hərbi-Hava Qüvvələrinin 4 F-16 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Latakiya şəhərində bir neçə obyektə raket-bomba zərbələri endirirdilər.

Suriyanın SANA dövlət informasiya agentliyinin yaydığı məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələrinin batareyaları İsrailin bir neçə raketini zərərsizləşdiriblər.

İsrail qırıcıları Latakiyada məişət kimyası və alüminium zavodlarını, habelə Sakubiyada elektrostansiyanı vurublar.


Xəbərə aid fotolar