Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi


Digərləri 18 Sen 2018 09:20:00 272 0

Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.