Apple şirkətinin növbəti həmləsi VİDEO


Digərləri 18 Sen 2018 08:51:00 224 0

Apple şirkətinin növbəti həmləsi  VİDEO

12 Sentyabr tarixində Apple şirkəti keçirtdiyi təqdimat çərçivəsində Apple Watch Series 4 smart saatını, iPhone Xs, Xs Max və Xr modellərini təqdim etdi. Məşhur analitik Ming-Chi Kuo ilə birlikdə bir çox digər analitiklər tədbirdən öncə proqnoz edirdilər ki, Apple şirkəti həmin tədbirdə sadalanmış cihazlardan əlavə olaraq yeni iPad Pro, AirPods, MacBook Air, Mac Mini və Mac Pro modellərini də təqdim edəcək. Lakin bu baş vermədi. Çox güman ki, şirkət yerdə qalan əsas məhsullarını yaxın zaman ərzində təqdim edəcək.

Son.az technote.az-a istinadən bildirir ki, Apple şirkətinin təqdimatından əvvəl göstərilmiş videoya baxmış analitiklər düşünürlər ki, videodakı qız Siri səsli köməkçisinə təqdim olunmamış AirPods 2 qulaqlıqları vasitəsilə müraciət edir. Bu isə o deməkdir ki, çox güman ki. şirkət yeni nəsil naqilsiz qulaqlıqları artıq test edir və yaxın zamanda təqdim edə bilər. Qeyd etmək lazımdır ki, şirkət müəyyən illərdə Oktyabr ayında müxtəlif məhsullarını təqdim etmişdir.

23 Oktyabr 2012-ci il: iPad Mini, iMac və 13 inç Retina ekrana sahib MacBook Pro-nun təqdimatı

22 Oktyabr 2013-cü il: iPad Air ilə yenilənmiş MacBook Pro-nun təqdimatı

16 Oktyabr 2014-cü il: iPad Air 2 ilə iMac 5K-nın təqdimatı