Razer Phone 2nin təqdimat tarixi məlum oldu


Digərləri 18 Sen 2018 08:31:00 226 0

Razer Phone 2nin təqdimat tarixi məlum oldu

Razer şirkəti rəsmi olaraq Razer Phone 2 gamer smartfonunun təqdimat tarixini elan etdi. Beləliklə Razer Phone 2 flaqman modeli 10 Oktyabr tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Razer şirkətindən bir gün qabaq Google şirkəti öz təqdimat tədbirini keçirdəcək və həmin tədbirdə yeni Pixel smartfon modellərini təqdim edəcək.

Son.az technote.az-a istinadən bildirir ki, bir sıra məlumat sızıntılarına əsasən Razer Phone 2 xarici görünüşcə əvvəlki modeldən heç də fərqlənməyəcək. Bunu həmçinin şirkətin paylaşdığı poster də təsdiqləyir. Məlumata əsasən Razer Phone 2 QHD keyfiyyətli və 120 GHz dəstəkli 6 inç ekranla təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və 256/512 GB daxili yaddaşa sahib olacaq. Smartfonda həmçinin Chroma LED diod işıq texnologiyası olacaq. Həmin texnologiya smartfonun arxa panelindəki şirkət loqosuna tətbiq olunacaq.