Amazonun sahibi xeyriyyə fondu açır


Digərləri 18 Sen 2018 08:35:00 221 0

Amazonun sahibi xeyriyyə fondu açır

"Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos 2 milyard dollar məbləğində vəsaitə malik "Bezos Day One Fund" adlı xeyriyyə fondu açıb. Bu barədə şirkət rəhbərinin "Twitter" səhifəsində deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, fond iki hissədən ibarət olacaq. "The Day 1 Families Fund" adlanan birinci bölmənin vəsaitləri evsiz ailələrin dəstəklənməsinə ayrılacaq, "Day 1 Academies Fund" isə aztəminatlılar üçün məktəbəqədər müəssisələr şəbəkəsinin yaradılması ilə məşğul olacaq.

Bildirilir ki, dünyanın ən varlı insanı kimi C.Bezos xeyriyyəçiliyə az pul xərclədiyinə görə dəfələrlə tənqid olunub. "Forbes" jurnalının məlumatına görə, onun var-dövləti 163 milyard dollar dəyərində qiymətləndirilir. Dünyanın ən varlı insanları siyahısında ikinci olan və sərvəti 97 milyard dollar təşkil edən Bill Qeyts isə xeyriyyəçilik məqsədləri üçün 40 milyard dollar xərcləyib.