Vaşinqton aeroportunda sərnişinlər yeni üsulla tanınacaq


Digərləri 18 Sen 2018 08:15:00 246 0

Vaşinqton aeroportunda sərnişinlər yeni üsulla tanınacaq

Vaşinqtonun Dalles adına beynəlxalq aeroportunda sifətin tanınması sistemi istifadəyə verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, sərhəd xidmətinin iştirakı ilə hazırlanan "veriScan" adlı yeni sistem sərnişinlərin sifətini tanıyaraq onları ABŞ vətəndaşları və ölkəyə gələn əcnəbilər barədə informasiyanın saxlanıldığı məlumat bazasının fotoşəkilləri ilə müqayisə edir. Bunun sayəsində sərnişinlərdən pasportun təqdim edilməsi tələb olunmur. Aeroport rəhbərliyinin məlumatına görə, identifikasiya dəqiqliyi 99 faiz təşkil edir, təyyarəyə minmə vaxtı isə iki dəfə azalır.