Şəmkirdə evdə yanğın qeydə alınıb


Digərləri 18 Sen 2018 08:18:00 180 0

Şəmkirdə evdə yanğın qeydə alınıb

Şəmkirdə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Düyərli kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və çardağına yığılmış taxta tullantıları 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.