Püstə yeyin ki, stressdən uzaq olasınız


Digərləri 18 Sen 2018 08:01:00 245 0

Püstə yeyin ki, stressdən uzaq olasınız

Elmi təqiqatlar belə nəticəyə gəlmişdir ki, püstə sterssə müsbət təsir göstərə bilir. Püstənin tərkibində çox sayda minerallar və anti-oksidantlar vardır. Bunu unutmayın ki, bu ləzzətli çərəz diş ağrıları üçün də faydalıdır. Püstə ən az kalorisi olan çərəzdir.

Püstənin tərkibində faydalı yağ turşuları, liflər, anti-oksindantlar vardır. Püstənin tərkibində olan güclü anti-oksidantlar stressə müsbət təsir göstərər. Bu güclü anti-oksidantlar ibarətdir: resveratrol, lutein, kristin. Bu maddələr stressin mənfi təsirləri ilə mübarizə apararlar. Ona görə də hər gün püstə yemək stressin qan təzyiqinə təsirini azaldar.

Püstə həm də maqnezium mənbəyidir. 30 qr. püstənin tərkibində 8% maqnezium vardır. Maqnezium da stress əleyhinə olan maddə olub, qan təzyiqini kontrol edər. Bunu yadda saxlayın ki, qadınların maqneziuma olan ehtiyacı hər gün 360 milliqr., kişilər üçün isə 420 milliqr-dır.

Püstə tərkibində lif olan çərəzlərdəndir ki, 28 qr. püstədə 3 qr. lif vardır. Liflər bağırsaqların köməkçisidir ki, artıq maddələri bədəndən dəf edə bilsin. Liflər suyu güclü cəzb etmək qüvvəsinə malik olduqları üçün bağırsağı təhrik edər və faydalı bağırsaq bakteriyalarına yardım edərlər.