111 yaşlı kişi hələ də məşq edir FOTO


Digərləri 18 Sen 2018 08:08:00 270 0

111 yaşlı kişi hələ də məşq edir  FOTO

ABŞ vətəndaşı, 111 yaşlı Henri Tszenin gündəlik rejimi marağa səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, Henri hər gün məşq zalına baş çəkir. O, səhərlər 30 dəqiqə trenajor zalında məşq etdikdən sonra yoqa ilə məşğul olur.

Henri belə məşqləri o qədər də çətin hesab etmir. O bildirir ki, 90 yaşında akrobatika ilə məşğul olurdu.

Henrinin qızı bildirib ki, atası həmişə sağlam həyat tərzi sürüb, həmişə idman edib, heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib.


Xəbərə aid fotolar