Ərəb koalisiyası Hudeydaya hücuma keçib


Dünya 18 Sen 2018 07:56:00 236 0

Ərəb koalisiyası Hudeydaya hücuma keçib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bazar ertəsi üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücum başladıldığı bəyan edib.

Son.az "Report"a istinadən bildirir ki, bunu ölkənin qərb sahilindəki alyans qüvvələrinin komandanı briqada generalı Əli ət-Tunəyçi WAM agentliyinə deyib.

"Koalisiya Yəmənin birləşmiş müqavimət qüvvələri ilə Hudeyda şəhərini azad etmək üçün husilərin nəzarətində olan mövqelərə qarşı bir neçə istiqamətdən genişmiqyaslı hücum əməliyyatı həyata keçirir. Hazırda bir neçə mühüm ərazi ələ keçirilib, üsyançıların Sənadan gələn təchizat yolu kəsilib", - deyə o bildirib.