Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi


Dünya 18 Sen 2018 07:45:00 192 0

Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi

Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Sentyabrın 17-si saat təqribən 23.00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib", - deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib.