İsrail Qəzzanı vurdu: iki fələstinli ölüb


Dünya 18 Sen 2018 07:36:00 270 0

İsrail Qəzzanı vurdu: iki fələstinli ölüb

İsrail aviasiyasının Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həlak olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı "Sama News" portalı məlumat yayıb.

Bildirilir ki, pilotsuz uçan aparat anklavın cənub hissəsində yerləşən Xan Yunis şəhərindən şərqdə bir qrup gəncə raket atıb. Ölənlərin meyitləri çərşənbə axşamına keçən gecə dağıntılar altından çıxarılıb, daha bir ərəb isə ağır yaralanıb.