Sergey Şoyqu: İdlibdə hərbi əməliyyatlar aparılmayacaq


Digərləri 18 Sen 2018 04:45:52 255 0

Sergey Şoyqu: İdlibdə hərbi əməliyyatlar aparılmayacaq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq, Suriya hökuməti onu dayandırmağa hazırdır.

Bakı. Tural Turan - Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq, Suriya hökuməti onu dayandırmağa hazırdır. Trend-in məlumatına görə, Şoyqu bunu jurnalistlərə açıqlamasında Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu üzrə İdlibdə vəziyyətin sabitləşdirilməsinə dair qəbul edilmiş Memoranduma istinadən deyib.