Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir


Digərləri 18 Sen 2018 01:57:54 226 0

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir.

Bakı. Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir. Trend-in məlumatına görə, bunlardan biri də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının “ Mədəniyyət” kanalının “ Muğamat var olan yerdə” adlı birgə layihəsidir. Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində sentyabrın 16-da 2015-ci il Muğam Televiziya Müsabiqəsinin qalibi Azərbaycan Televizyası və Radiosunun solisti Nisbət Sədrayevanın konserti keçirilib. Konserti Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan muğamlarının təbliği istiqamətində apardığı işlərdən danışıb. Əvvəlki layihələrdən fərqli olaraq bu dəfəki konsert kompozisiya şəklində qurulub. Muğam parçaları arasında İlqar Fəhmi həmin hissələr haqqında tamaşaçılara ətraflı məlumat verib ki, buda muğamın daha dolğun çatdırılmasına imkan yaradıb.