Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır İLK DƏFƏ


Digərləri 17 Sen 2018 23:52:00 316 0

Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır  İLK DƏFƏ

Ekstremizm və nifrəti qızışdıran konteksdə materialların "Facebook", "Twitter" və "YouTube" şəbəkələrində yayılmasının qarşısını alacaq alqoritm hazırlanır.

Son.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun və Brandeys Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan layihə böyük şirkətlərin marağına səbəb olub. Alqoritmlər sosial şəbəkələrdə ekstremist materiallara aid müvafiq məlumatları (informasiya blokları) dərc edilməmişdən əvvəl aşkar edərək qarşısını alacaq.

Müxtəlif ölkələrin hökumətləri platformalardan belə kontenti mümkün qədər tez ləğv etməyi tələb edir, lakin moderatorluqla məşğul olan əməkdaşlar və onlara kömək üçün nəzərdə tutulan avtomatik alqoritmlər bu vəzifənin öhdəsindən həmişə gələ bilmirlər. ABŞ alimlərinin alqoritmi mahiyyət etibarilə təkrar moderatorluğu həyata keçirməyə imkan verir.