Trentinoda bayram və festivallar FOTO


Digərləri 17 Sen 2018 23:58:00 291 0

Trentinoda bayram və festivallar  FOTO

Oktyabr İtaliyanın şimalında yerləşən Trentino əyalətində hadisələrlə zəngin olur. Burada qonaqlara mənzərəli vadilərə turlar çərçivəsində fabrik və fermalara baş çəkmək, üzüm plantasiyalarını görmək, velosipedlə meşə gəzintisi, incəsənət və qastronomiya tədbirləri təklif olunur. Bütün bunların hamısı Trentinonun əsrarəngiz payız peyzajları fonunda daha maraqlı olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 21-dən 23-dək Trentinodakı Verla di Giovoda, Val di Çembra vadisində 61-ci üzüm festivalı ("Grape Festival") keçiriləcək. Vadi boyunca bəzədilmiş arabaların paradı, tematik yarışlar, konsert və tamaşalar təşkil ediləcək.

Dağ otlaqlarından qayıdış

Yayın sonunda çobanlar və sürülər Alp dağlarındakı otlaqlarda keçirdikləri bir neçə aydan sonra vadiyə qayıdırlar. "Desmontegade" adlı əlvan paradda yaraşıqlı ənənəvi geyimlərdə olan çobanlar, çiçək və zınqırovlarla bəzədilmiş inək, keçi və qoyunlar sakinlərin alqışları, xalq musiqisinin sədaları altında qəsəbələrdən keçirlər. 

Bayramın əsas qəhrəmanları isə çobanlar və fermerlərdir. Onlar dağlarda yay tətilindən sonra evlərinə təkcə heyvan sürüsünü deyil, həm də dağ komalarında hazırlanan pendir aparırlar.

Trentinoda payızın gəlişini beləcə ənənəvi bayramla qarşılayırlar. Bu festivallara gəlin və siz bayram əhval-ruhiyyəsi ilə qarşılaşacaq, yerli süd delikateslərinin dadına baxacaqsınız.

Alma bayramı


Xəbərə aid fotolar