Viktoriya və Albert dizayn muzeyi açılıb


Digərləri 17 Sen 2018 23:43:00 347 0

Viktoriya və Albert dizayn muzeyi açılıb

Şotlandiyanın Dandi vilayətində Viktoriya və Albert dizayn muzeyi (V&A Dundee) açılıb. Bina yapon memar Kenqo Kuma tərəfindən 80,1 milyon funt-sterlinqə hazırlanıb. Muzeyin cari ildə 500 min ziyarətçi cəlb etməsi gözlənilir. Yalnız bu həftəsonu altı min nəfər üçün muzeyə giriş pulsuzdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, V&A Dundee Londonun Viktoriya və Albert muzeyinin yeganə filialıdır. O, bir çox eksponat və əlyazmalarla yanaşı, mebel, moda, memarlıq, mühəndislik və rəqəmsal dizaynı əhatə edir.


Xəbərə aid fotolar