Bu qidaları təkrar qızdırmayın! Təhlükəlidir


Digərləri 17 Sen 2018 23:46:00 247 0

Bu qidaları təkrar qızdırmayın!  Təhlükəlidir

Həkimlər maraqlı araşdırma aparıblar. Onlar təkrar qızdırıldıqda insan həyatına təhlükə yaradan qidaların siyahısını hazırlayıblar.

Belə qidalar təkrar qızdırıldıqda tərkibində kimyəvi birləşmələr yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, çuğundur bu siyahıda birinci gəlir. Bu tərəvəz insan orqanizmi üçün xeyirli olsa da, qızdırılanda zəhərli maddəyə çevrilir.

Hətta həkimlər qızarmış kartof qalarsa, onu soyuq yeməyi məsləhət görürlər. Kartofu təkrar qızdıranda onun tərkibində olan nişasta tərkibini dəyişir və zərərli maddəyə çevrilir.