İranın Yunanıstandakı səfirliyi qarşısında aksiya keçirilib


Dünya 17 Sen 2018 23:49:00 253 0

İranın Yunanıstandakı səfirliyi qarşısında aksiya keçirilib

Sentyabrın 17-si səhər saatlarında İranın Yunanıstanın paytaxtı Afina şəhərindəki səfirliyinə basqın olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir qrup aksiya iştirakçısı səfirliyin binasına içi qırmızı boya ilə doldurulmuş butulkalar atıb. Yunan mətbuatına istinad edən İran KİV-ləri bildirirlər ki, bu qanunsuz aksiyanı "Rouvikonas" adlı kürd anarxist qrupun üzvləri həyata keçiriblər.

Anarxistlər motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Yunan polisi səfirliyə butulka atanlardan heç kimi saxlaya bilməyib. Araşdırma aparılır.