Müəllim işləmək istəyənlər üçün daha bir şans yaradılır VİDEO


Digərləri 17 Sen 2018 23:34:00 323 0

Müəllim işləmək istəyənlər üçün daha bir şans yaradılır  VİDEO

Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərə daha bir şans yaradılacaq.

Son.az bildirir ki, həmin şəxslərin işə qəbulu üçün əvvəlki iki turda boş qalan yerlərə müsabiqə elan olunacaq.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadənin sözlərinə görə, bu mərhələyə sənəd qəbulu sentyabrın 22-23-də aparılacaq.

Ümumilikdə, müsabiqəyə 2 mindən çox boş yer təqdim olunub. Onların arasında ibtidai sinflərdə Azərbaycan bölməsi üzrə vakant yer yoxdur.