Putin və Ərdoğan razılığa gəliblər


Dünya 17 Sen 2018 22:40:00 229 0

Putin və Ərdoğan razılığa gəliblər

Rusiya və Türkiyə İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəlib.

Son.az "report"-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra deyib.

"Baş tutan görüşdə biz bu vəziyyəti ətraflı şəkildə nəzərdən keçirdik və cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq qərarına gəldik", - deyə o bildirib.