Məktəblərdə ilk dərs həyəcanı VİDEO


Digərləri 17 Sen 2018 22:44:00 247 0

Məktəblərdə ilk dərs həyəcanı  VİDEO

Bu gün orta təhsil müəssisələrində ilk dərs günü həyəcanı yaşanıb. Son.az bildirir ki, ilk dərs günü maraqlı görüntülərlə yadda qalıb...

Həyəcanla dayanıb, 11 illik yolda ilk addımlarını ataraq sıra-sıra sinif otaqlarına yol alırlar. Qorxmadan addımlayanlarla yanaşı, valideynlərinə qısılıb gözləri dolanlar da var.

Bura isə birincilər üçün evdən sonra ikinci doğma yer olacaq sinif otaqlarıdır. İlk dərs gününün ən təsirli elə bu otağa daxil olan zaman yaşanır. Hər biri ağ və tərtəmiz geyimləri ilə partaları bəzəyir. Gözlərində sevinc və həyəcan hiss olunur.

Kimi kitabları vərəqləyib, orada yazılanları tez bir zamanda öyrənmək istəyir. Kimi isə bacısı üçün darıxıb elə birinci gün dərsdən evə tələsir.