ƏbuDabidə polisin nümunəvi davranışı hollandiyalı turist qadını İslam dinini qəbul etməyə ruhlandırıb


Digərləri 17 Sen 2018 22:31:00 264 0

ƏbuDabidə polisin nümunəvi davranışı hollandiyalı turist qadını İslam dinini qəbul etməyə ruhlandırıb

Birləşmiş Ərəb Əmirliklərinə gəlmiş hollandiyalı turist qadın polisin nümunəvi davranışı nəticəsində İslam dinini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əbu-Dabi polisinin tolerantlığından və sivil yanaşmasından ürəkdən təsirlənən turist Kristina Dafano müsəlman olmaq qərarına gəlib və kəlmeyi-şəhadətini söyləyəndən sonra adını dəyişərək Nura edib.

Bəyanatda qeyd edilir ki, turst qadın böyük Şeyx Zayed məscidi ilə maraqlanaraq oraya getmək istəyimiş. Polis turist qadını nəinki oraya yönəldib, həm də məscid idarəsi ilə qadının yanına gəlib ona İslamda dözümlülük və dinc yanaşı yaşamaq ideyaları barədə danışılması üçün əlaqə saxlayıb.