Kosmosa uçduğu üçün 20 milyon dollar vergi ödəməli olacaq


Digərləri 17 Sen 2018 22:12:00 248 0

Kosmosa uçduğu üçün 20 milyon dollar vergi ödəməli olacaq

Kanadanın vergi məhkəməsi 2009-cu ildə Beynəlxalq Kosmik Stansiyaya uçduğu üçün "Cirque du Soleil" kompaniyasının banisi Gi Lalibertenin 20 milyon dollardan çox vergi ödəməli olduğu barədə qərar çıxarıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məşhur sirkin banisi Yerə qayıtdıqdan sonra kosmosda xeyriyyə missiyasını yerinə yetirdiyinə görə 41,8 milyon dollarlıq uçuş xərclərini geri alıb. O, kosmik stansiyada "Cirque du Soleil" kompaniyasını və onun Rusiya bazarına çıxışını reklam etdiyi üçün vergi imtiyazına iddialı olub.