İki xalaoğlu qadından pul və qızılı alıblar, sonra isə ona qarşı əxlaqsız hərəkət ediblər VİDEO


Kriminal 17 Sen 2018 21:50:00 236 0

İki xalaoğlu qadından pul və qızılı alıblar, sonra isə ona qarşı əxlaqsız hərəkət ediblər  VİDEO

Bakıda qadına qarşı cinayət törədən iki nəfər xalaoğlu saxlanılıb. Son.az bildirir ki, onlar qadını bıçaqla hədələyib, pulunu və külli miqdarda dəyəri olan qızıllarını alıblar. Daha sonra isə ona qarşı əxlaqsız hərəkət ediblər.

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayon Polis İdarəsinə müraciət edən bir qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarının ələ keçirdiklərini, habelə idarə etdiyi avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.


Xəbərə aid foto