Azərbaycan Ordusu ən güclülərdən biri olduğunu nümayiş etdirdi Polkovnik Manuxin


Siyasət 17 Sen 2018 21:25:00 301 0

Azərbaycan Ordusu ən güclülərdən biri olduğunu nümayiş etdirdi  Polkovnik Manuxin

"Bakının işğalçılardan azad edilməsinin 100 illiyi münasibətilə sentyabrın 15-də Azadlıq meydanında keçirilmiş parad Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ilə yanaşı, Azərbaycanın və onun Silahlı Qüvvələrinin hərbi gücünü də nümayiş etdirdi".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert, istefada olan tanınmış polkovnik Konstantin Manuxin Bakının azad edilməsinin 100 illiyi münasibətilə paytaxtda keçirilmiş paradı dəyərləndirərkən bildirib.

Veteran hərbçinin sözlərinə görə, 15 sentyabr paradı Azərbaycan ordusunun döyüş hazırlığına inamı bir az da artırıb: Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak ediblər - FOTO "Bu parad göstərdi ki, Azərbaycanın necə hazırlıqlı bölmələri, şəxsi heyəti və hansı müasir texnika və silahları var. Hər bir hərbi parad ilk növbədə ölkənin hərbi gücünü nümayiş etdirmək məqsədilə keçirilir. Bu ona görə keçirilir ki, həm adi xalq, vətəndaşlar öz ordusunu yaxından görə və onun gücünə əmin ola bilsin, həm də ölkə xaricindəki qüvvələrə göstərilir ki, bu dövlətin hərbi gücü hansı səviyyədədir. Bu gün dünyanın ən güclü 50 ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü, hazırlıqlı ordusudur. Bu barədə Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə qeyd edib. Bu, çox böyük qiymətdir. Mən əminəm ki, bu ordu verilən istənilən tapşırığın, o cümlədən işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasına hər an hazır və qadirdir".

İlkin İzzət Son.az