Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi


Digərləri 17 Sen 2018 20:32:00 249 0

Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov sosial media izləyiciləri arasında yarış keçirib. O, qalibə özünün idarə etdiyi "Ferrari" markalı avtomobili hədiyyə edəcəkdi.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Hüseynin keçirdiyi müsabiqənin qalibi məlum olub.

Vasiliy Romanik adlı şəxs müsabiqədə qalib gəlib. Bu barədə məlumatı bloqer sosial media hesabında paylaşıb. "Səni Moskvada gözləyirəm", - deyə Hüseyn paylaşdığı videoda deyib. O söyləyib ki, müsabiqədə 215 mindən çox adam iştirak edib.