Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlandı


Digərləri 17 Sen 2018 20:28:00 253 0

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlandı

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş tutulmalarının vaxtını açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə report-a AMEA-dan məlumat verilib.

ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 2019-cu il yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona çatacaq.