Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti müzakirə edilib


Digərləri 17 Sen 2018 20:27:00 172 0

Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti müzakirə edilib

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Bakı. Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və perspektivlər müzakirə olunub. Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.