"Muğamat var olan yerdə" layihəsi davam edir


Kriminal 17 Sen 2018 20:12:00 287 0

"Muğamat var olan yerdə" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" layihəsi davam edir.

Son.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir. Bunlardan biri də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsidir.

Beynəlxalq  Muğam Mərkəzinin bu layihəsi çərçivəsində sentyabrın 16-da 2015-ci il Muğam Televiziya Müsabiqəsinin qalibi Azərbaycan Televizyası və Radiosunun solisti Nisbət Sədrayevanın konserti keçirildi. Konserti Azərbaycan Yazıçılar Birliyinin  katibi İlqar Fəhmi açaraq Beynəlxalq Muğam Mərkəzinin  Azərbaycan muğamlarının  təbliği istiqamətində apardığı işlərdən danışdı.Əvvəlki layihələrdən fərqli olaraq bu dəfəki konsert  kompozisiya şəklində qurulmuşdu.Muğam parçaları arasında İlqar Fəhmi həmin hissələr haqqında tamaşaçılara ətraflı məlumt verirdi ki, buda muğamın daha dolğun çatdırılmasına imkan yaradırdı.Tamaşaçılar Nisbət Sədrayevanın  ifasında Bəhram Nəsibovun "Qal sənə qurban",  "Dilkəş  təsnifi", aşıq mahnısı "Döymə Kərəmi" ,  Cahangir Cahangirovun "Etməz idim " və "Cahargah kompozisiyası"na qulaq asdılar.