Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib (FOTO)


Digərləri 17 Sen 2018 20:12:00 199 0

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib (FOTO)

Bilik Fondu Bilik Günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil edib

Bakı. Bilik Fondu Bilik Günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil edib. Fonddan Trend-ə verilən məlumata görə, “2018-ci ilin Azərbaycan Respublikasında Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri ənənəvi olaraq, Bilik Günündə gerçəkləşib. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi və Bilik Fondunun birgə təşkilatçılığı ilə Fondun Lektorlar qrupunun üzvü olan tanınmış ictimai xadimlər, müxtəlif bölgələrin elm-təhsil müəssisələrində şagirdlərlə görüşüblər. Onlar görüşlərdə Fondun "İlboyu bilik" proqramı çərçivəsində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda mühazirələrlə çıxış ediblər. 15-17 sentyabr 2018-ci ildə Bilik Fondu Bakı şəhəri və Azərbaycanın bölgələrində fəaliyyət göstərən 129 orta təhsil müəssisəsində 128 alim, tədqiqatçı və mütəxəssisin iştirakı ilə 130 mühazirə təşkil edib. Mühazirələrə Bilik Fondu və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə razılaşdırılmış qaydada AMEA-nın alim və tədqiqatçıları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ali məktəb müəllimləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Bilik evlərinin rəhbərləri, Fondun əməkdaşları cəlb olunublar. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas, peşə və ali təhsil, həmçinin, Bilik Fondunun yerli nümayəndələrinin rəhbərlik etdikləri bir sıra orta təhsil müəssisələrində şagirdlərlə keçirilən görüşləri dinləyicilər böyük maraqla qarşılayıblar. 2018-2019-cu tədris ilinin ilk dərs günü “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” və “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzularında mühazirələr paytaxtın 47, şəhər və rayonların 54, qəsəbə və kəndlərin 28 orta təhsil müəssisəsində keçirilib. AMEA-dan 26 alim və tədqiqatçı, ali məktəblərdən 16 əməkdaş, 8 millət vəkili, 6 akademik (AMEA – 5, BDU - 1), 12 professor, elmlər doktoru, 32 dosent, fəlsəfə doktoru, 14 jurnalist, Bilik Fondunun 52 yerli nümayəndəsi, 11 əməkdaşı və Bilik evlərinin 5 əməkdaşı tədbirlərdə mühazirəçi qismində iştirak edib.