İran İdlib əməliyyatında iştirak etməyəcək


Dünya 17 Sen 2018 19:38:00 254 0

İran İdlib əməliyyatında iştirak etməyəcək

İranın xarici işlər naziri Bəhram Qasımi ölkəsinin İdlib əməliyyatında iştirak etməyəcəyini açıqlayıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Qasımi İranın Suriya ordusunun İdlibdə təşkil edəcəyi əməliyyatda yer almayacağını bildirib və məsələnin Suriya xalqına zərər vermədən həll edilməsinin vacibliyini vurğulayıb. Sözçü həmçinin İranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkənin qısa müddətdə terrorçulardan təmizlənməli olduğunu qeyd edib.

Son.az