Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində (FOTO)


Digərləri 17 Sen 2018 19:38:41 314 0

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində (FOTO)

Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.

Bakı. Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb. Trend-in məlumatına görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş edilir.