14 yaşında hamilə qalan qızın başına nələr gəldi?


Kriminal 17 Sen 2018 17:52:00 258 0

14 yaşında hamilə qalan qızın başına nələr gəldi?

Xəzər Rayon Məhkəməsində 16 yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Həsənov Arzuman Zeynulla oğlunun məhkəmə prosesinə hakim Tərlan Əkbərov sədrlik edəcək. 

Xatırladaq ki, bu ilin iyun ayında Lerik sakini Möhtəmən Sadıxov Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıxovanın anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yayıb.

Bundan sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıxovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb.