"Bu, karyeramdakı ən gözəl qol ötürməsi idi"


İdman 17 Sen 2018 17:27:00 285 0

"Bu, karyeramdakı ən gözəl qol ötürməsi idi"

Topaz Premyer liqasının 4-cü turunda baş tutan Neftçi - Keşlə oyununun (2:0) qəhrəmanlarından biri Mirabdulla Abbasov idi. Meydana 75-ci dəqiqədə çıxan hücumçu iki məhsuldar ötürmə ilə "ağ qaralar"ın qələbəsində xüsusi pay sahibi oldu. Goal.az xəbər verir ki, Abbasov oyunla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

"Çox şadam ki, komandanın qələbəsində mənim də rolum oldu. İlk qol epizodunda yeganə məqsədim topu meydanda saxlamaq idi. Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm, yalan danışaram. Düzdür, qol ötürmələrimin sayı elə də çox deyil. Amma bu, karyeramdakı ən gözəl qol ötürməsi idi. İkinci qol epizodunda isə biz dörd nəfər bir nəfərə qarşı çıxmışdıq. Belə vəziyyətdə topu mütləq futbolçuların birinə ötürmək lazımdır. Çünki topdan sürətli qaçmaq olmur”.