Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb


Digərləri 17 Sen 2018 17:25:00 242 0

Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb.

Bakı. Ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi və nəzarətin təşkilini həyata keçirən qurum kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, tikinti obyektlərinin qanunvericiliklə nəzərdə tutulmuş rəsmiləşdirilmə və razılaşdırma işləri aparılmadan elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma prosesinin qarşısının alınması üçün tədbirlər gücləndirilib. Belə ki, 2017-ci il ərzində elektrik şəbəkəsinə 504 qanunsuz qoşulma olduğu halda, Agentliyin fəaliyyəti dövründə yalnız 17 belə hal aşkar edilib. Əgər ötən il qazpaylayıcı şəbəkəyə 48 qanunsuz qoşulma faktı qeydə alınmışdısa, Agentliyin fəaliyyəti dövründə 10 belə hal aşkar edilib.