Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq


Digərləri 17 Sen 2018 17:03:00 205 0

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq.

Bakı. Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə müzakirələr aparıb. Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən E.Məmmədyarov ölkəmizin ŞƏT-in dialoq tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.